Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şərur şəhər Fizika-Riyaziyyat təmayüllü Liseyin şagirdləri üçün “Gələcəyə doğru: Zəka və idman həftəsi” layihəsi icra olunur.
23 noyabr tarixindən başlayan layihə çərçivəsində rəsm və bədii qiraət müsabiqəsi, stolüstü tennis və şahmat yarışları, həmçinin “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı!” intellektual oyunları keçirilib.
Məqsəd şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.
Layihənin mükafatlandırılma tədbirinin dekabr ayında təşkil olunması nəzərdə tutulub.